Milli Şuranın 800 nəfərlik biyabırçı mitinqi FOTOLAR

Milli Şuranın 800 nəfərlik biyabırçı mitinqi FOTOLAR

Əli Kərimlinin 7 günlük facebook təbliğatından sonra bu gün keçirilən mitinqin bu günə düşəcəyini AXCP sədri və tərəfdarları deyəsəh heç gözləmirdilər. Belə olmasaydı mitinqdən sonra Əli Kərimli keçək dəfəki mitinqdə olduğu kimi gülümsəmək pozu verərdi. Dəqiq məlumata görə mitinqdə cəmi 800 nəfər iştirak edib. Söhbət Əli Kərimlinin tərəfdarlarından yox, stadionda olanlardan gedir. Əgər mitinqçilərlə birgə təsadüfi adamları, asayiş keşikçilərini və jurnalistləri saysaq vəziyyətin Əli Kərimli üçün nə qədər acınacaqlı olduğunu təsəvvür edə bilərik.

Məsələ burasındadır ki, hər yerdə özünü haqq-ədalət, qanun-qayda axtarışında olan birisi kimi göstərən Milli Şura liderləri bu dəfə də Azərbaycanın bütün qanunlarını ayaqlar altına atmışdılar. Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqinə icazə verəndə qaydaları bir daha onlara başa salmışdı. Bunun əksinə olaraq Milli Şura liderləri mitinqdə radikal dindarlara dövlət əlehinə "Allahu Əkbər" nidaları altında şüarlar səsləndirməyə, dövlət qurumlarını devirmək çağırışlarına şərait yaratdılar, hətta onlara bütövlükdə dəstək olduqlarını nümayiş etdirdilər.

Əlbəttə, kim tərəfindən olursa olsun dövlətə itaətsizlik nümayiş etdirmək yasaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə