Ramiz Tağıyev: "AXCP ilə Müsavat arasında düşmənçilik hökm sürür"
"AXCP sədri Əli Kərimli tamamilə tükənmiş, ümidini ancaq hansısa qaranlıq qüvvələrə bağlayan şəxsdir. Keçirdiyi aksiya sadəcə Müsavatla aralarında olan düşmənçiliyin nəticəsində yaranan rəqabətin məhsuludur". Bunu SİA-ya açıqlamasında AXCP sədrinin keçmiş müşaviri Ramiz Tağıyev deyib.
Onun sözlərinə görə, mitinqə hicablı dini radikal cəryanların nümayəndələrinin də iştirak etməsi çox qorxulu bir şeydir: "Dini radikal qruplaşmaların nümayəndələrin hər biri xarici terrorçu təşkilatlarla bağlılığı ola bilər. Bu baxımdan Əli Kərimlinin və onun partiyasının radikal dini cəryanlara əməkdaşlıq etməsi onlara ancaq rüsvayçılıq gətirə bilər".
Rəfiqə Hüseynova
Bütün xəbərlər Facebook səhifəmizdə