Sentyabrın 14-də "Yeni Azərbaycan" Təşviqat qrupunun üzvləri konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kompaniyası ilə əlaqədar Astara rayonunda sakinlərlə görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının sədri Firudin Əhmədov açaraq, ölkəmizin mühüm hadisə ərəfəsində olduğunu bildirib. Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər ölkəmizin gələcək inkişafında böyük əhəmiyyətə malik olacaq.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Rəşad Mahmudov konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin zəruriliyindən söz açıb. Millət vəkili qeyd edib ki, konstitusiyaya təklif edilən dəyişikliklərin ölkədə idarə etmə sisteminin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının təminatına xidmət edir.
Görüşdə rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, Əməkdar müəllim Seyran Babayev, YAP Gənclər Birliyinin sədr müavini Kəmalə Nəsirova, YAP Qadınlar Şurasının üzvü Sakitə Əliyeva çıxış edərək hər bir vətəndaşı, əvvəlki seçkilərdə olduğu kimi, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində yüksək fəallıq nümayiş etdirməyə çağırdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB