Avropa Şurası Parlament Assambleyasının (AŞPA ) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Preda Sezar Florin Azərbaycana gələcək. SİA-nın xəbərinə görə, bu barədə büronun sentyabrın 5-də Parisdə keçirilən iclasında qərar qəbul edilib.
Qərara əsasən AŞPA-nın Azərbaycanda keçiriləcək referendumla bağlı hər siyasi qrupdan 1 nəfər və Monitorinq Komitəsinin Azərbaycan üzrə 2 həmməruzəçisi olmaqla 7 nəfərlik qiymətləndirmə missiyası yaradılacaq. Lakin Missiyanın Azərbaycana səfərinin tarixi hələlik məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB