13 PKK-lı məhv edildi İNTİQAM ALINDI

13 PKK-lı məhv edildi İNTİQAM ALINDI

Türkiyənin Van vilayətindəki Tendürek dağlarında dünən axşamdan başlayan PKK terror təşkilatı ilə qızğın döyüşlər nəticəsində 13 terrorçu məhv edilib. SİA xəbər verir ki, bu barədə Hurriyet yazır. Belə ki, bundan öncə Vanın Çaldran və Ağrı bölgəsinin Doğubeyazit rayonları ərazisində yerləşən Tendürek dağlarında əməliyyatdan dönən əsgərlər PKK tərəfindən hücuma məruz qalmışdı. Dünən axşam saatlarında Gülizar mövqeyində tələ quran terrorçular iriçaplı silahlardan atəş açaraq 8 türk əsgərini şəhid ediblər. Van valisi İbrahim Taşyapan da insidentlə bağlı deyib bu rəqəm dəqiləşdirilməsə də, böyük ehtimalla reallığa yaxındır. Bununla bağlı o qeyd edib ki, türk əsgərlərini öldürənlər məhz həmin 13 terrorçudur: "Onlardan intiqam alındı".

Terrorçuların məhv olunması əməliyyatında Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları da iştirak edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə