Moskvada Dağlıq Qarabağ münaqişəsinə dair məsləhətləşmələr olacaq
Sentyabrın 8-də Moskvada ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair məsləhətləşmələr keçiriləcək. SİA-nın məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. Onun sözlərinə görə, məsləhətləşmələr Rusiya Xarici İşlər Nazirliyində təşkil ediləcək.
M.Zaxarova əlavə edib ki, görüşdə Minsk qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrləri ilə yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi də iştirak edəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsi üzrə Vyana və Sankt-Peterburqda keçirilmiş sammitlərdə əldə edilmiş razılıqların həyata keçirilməsinin müzakirə ediləcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB