Di Kaprio FTB-nin DİQQƏTİNDƏ

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) tanınmış Hollivud aktyoru Leonardo Di Kaprionu sorğu-suala çəkib. SİA xəbər verir ki, bu barədə İsveçrənin "Le Temps" nəşri yazır. "FTB aktyorun malaziyalı milyarder Co Lou ilə və sabiq fond rəhbəri Rza Əzizlə əlaqələrini araşdırır"-deyə yazan qəzetdə qeyd olunur ki, 1MDB fondunun rəhbəri malaziyalıların pullarını qeyri-qnuni şəkildə mənimsəyərək, "Uolt-Stritdən olan canavar" filminə pryodüsserlik edib. Belə ki, həmin filmin baş rolunu De Kaprio oynayıb.

"Le Temp" həmçinin yazır ki, filmin istehsalı üçün fonddan 100 milyon dollar pul ayrılıb. Lakin FTB-nin məşhur aktyoru sorğu-suala çəkməsinə baxmayaraq, hələlik ona qarşı rəsmi qaydada ittihamnamə irəli sürülməyib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə