Almazbek Atambayev: “Rəqiblərim vaxtilə məndən siqaretpulu alırdılar” İTTİHAM

Almazbek Atambayev: “Rəqiblərim vaxtilə məndən siqaretpulu alırdılar” İTTİHAM

Qırğızıstan prezidenti Almazbek Atambayev siyasi opponentlərinin ona qarşı irəli sürdükləri iddiaları rədd edib. SİA xəbər verir ki, bu barədə Rusiya mətbuatı Atambayevin ölkəsinin müstəqillik günü ilə bağlı çıxşında sözügedən mövzu ilə bağlı fikirlərinə istinadən yazır. Belə ki, Qırğızıstan prezidenti təklif etdiyi konstitusiya dəyişiklikləri ilə bağlı hakimiyyəti uzun müddət əlində saxlamaq cəhdində ittiham olunur. Lakin prezident deyir ki, konstitusiya islahatları ilə bağlı siyasi rəqibləri onu müxtəlif cinayətlərdə, o cümlədən hakimiyyəti zorla əldə sxalamaq cəhdində günahlandırırlar. "Bütün bu kimi iddialar yalan və böhtandır"-deyə bildirən qırğız prezident əlavə edib ki, onun rəqibləri ictimai rəyi 2010-cu ildə qəbul edilmiş konstitusiya müddəaları ilə çaşqınlığa doğru sürükləyir. Həmin konstitusiyaya görə, respublika parlament idarəçiliyinə keçid alıb.

"Əslində söhbət prezident-parlament idarəçiliyi formasından gedir və həmin konstitusiyada totalitarizm şərtləri mövcud olduğuna görə, onu dəyişmək lazımdır"-deyə vurğulayan Almazbek Atambayev də öz növbəsində qarşı tərəfi ittiham edərək deyib ki, 2010-cu ildə sabiq prezident Kurmanbek Bakiyevi devirdikdən sonra müvəqqəti hökumət kabinetində onunla həmkar və həmfikir olanlar indi siyasi maxinasiyalarla məşğuldurlar.

Prezident deyib ki, kopnstitusiyada ediləcək dəyişikliklərlə bağlı referendumdan sonra onun öz səlahiyyətlərini artırmaq fikri yoxdur: "Mən prezident postundan gedəndən sonra növbəti müdətdə ölkə başçısı olmaq, ya da bunun üçün baş nazir, eləcə də parlament spikeri vəzifəsini daşımaq fikrindən uzağam".

Almazbek Atambayev siyasi rəqiblərinə bəzi xatırlatmalar da edərək deyib ki, onların əksəriyyətinin siyasət meydanında qalmalarına mənəvi haqları yoxdur: "Onların əksəriyyəti 2010-cu il inqilabından sonra müxtəlif cinayətlərə əl atıblar. Eyni zamanda talançılıqla, oğurluqla məşğul olublar. Həmin vaxtlar məni ittiham edənlər məndən siqaretpulu alırdılar. İndi isə ciplərdə gəzirlər. Əlimizdə sübutlar olmasa da, gec, ya da tez bütün sirrlər üzə çıxacaq".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə