Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları Zəfər Bayramı münasibətilə Bakıda türk əsgərlərinin xatirəsinə ucaldılmış Türk Şəhidliyini ziyarət ediblər.
SİA-nın məlumatına görə, əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfirinin müavini Meral Barlas bu günün Türkiyə tarixində şanlı səhifə olduğunu bildirib. O deyib ki, azərbaycanlı qardaşlarımızın ən çətin günündə yardıma gələn türk əsgərləri iki ölkə arasındakı sarsılmaz əlaqələrin memarlarıdır.
Daha sonra abidənin önünə əklil, türk əsgərlərinin məzarları üzərinə gül dəstələri qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB