İngiltərənin Qərbi Midlens qaraflığının polisi ötən gün Böyük Brtitaniyanın antiterror qanununu pozmuş 5 nəfəri həbs edib. SİA xəbər verir ki, bu barədə BBC teleradio yayım şirkəti xəbər verib. Belə ki, həbslər Mərkəzi İngiltərənin 2 rayonunda keçirilib. Şübhəlilərdən 3-ü 18, 24 və 28 yaşlı olanları Briminqemdə, Staffoşird qraflığının Stok-on-Trent şəhərində ələ keçiblər. Digər ikisi – 32 və 37 yaşlarında olanlar isə Staffoşird qraflığının Stok-on-Trent şəhərində ələ keçiblər.
Həbs olunanların adları hələlik açıqlanmasa da, terror aktlarını törətməkdə, hazırlamaqda və təbliğ etməkdə təqsirləndirilirlər. Oların hazırda Birmingemi Qərbi Midlends qaraflığınnı birləşdirən şəhər ətrafında saxlanılırlar.
Eyni zamanda bildirilir ki, Brimingemin Li-Benk rayonuna ehtiyat tədbiri üçün minaaxtaranlar briqadası göndərilib. Polis adıçəkilən ərazilərdə axtarışlar keçirir. O cümlədən, məşhur Phentahotelin yerləşdiyi ərazidə, Brimingemin mərkəzindəki Holluey-hed küçəsi hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb. Polis otelin administrasiyasına müştərilərini çölə çıxmamaları üçün tapşırıq verib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB