"Bizimlə söhbət edən Aaraqasot kəndinin sakini məsələnin dəqiqliyini izah edib". SİA xəbər verir ki, bu barədə erməni nəşri "Aravot" Ermənistan parlamentinin hakimiyyətyönlü deputatı Samvel Aleksanyanın adıçəkilən kəndin sakinlərinə araq istehsal etməyə imkan verməməsi haqqında apardığı araşdırmasında qeyd edib.
Kəndli qəzetə açıqlamasında deyib ki, ötən il onların meyvə bağlarında həddindən artıq alma bar verib: "Bütün almaları satmağa imkan olmadı və biz qərara gəldik ki, yerdə qalan almalardan araq çəkək. Bağçıların əksəriyyətində araq istehsal edən aparatlar var. Əvvəlcə almaları xüsusi qaba tökdük, sonra isə meyvələrin üzərinə şəkər tozu əlavə etdik ki, qıcqırma versin. Lakin bir müddət keçəndən sonra gördük ki, almalar məhv olmağa başlayıb. Bəlli oldu ki, bu yalnız mənim deyil, bütün kənd camaatının başına gəlib. Sonradan bəlli oldu ki, şəkər tozunun içinə qida sodası qatılıb".
Sözünə davam edən kəndli bildirib ki, bu qəsdən törədilmiş bir haldır: "Məqsəd isə bu il kənd camaatının araq istehsal etməsinin qarışısını almaqdır. Bunu başa düşmək çətin deyil. Çünki şəkər tozuna sodanı qatdıran Samvel Aleksanyandır. Şəkər, araq hər şey ona məxsusdur. O, istəyir ki, biz arağı ona məxsus mağazalardan alaq, istehsal etməyək".
Erməni kəndlisi sonda külli miqdarda almaların zay olmasına təəssüfləndiyini bildirib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB