Rusiyanın hərbi kosmik qüvvələri İranda yalnız bir aviabazadan istifadə edəcək, lakin həmin bazanın istifadəsi müddətsizdir. SİA xəbər verir ki, bu barədə İranın müdafiə naziri Dəqxan ölkəsinin mətbuatına açıqlamasında danışıb. O, qeyd edib: "Həmədan aerodromu rusiyalı pilotların sərəncamına verilib. Məqsəd Suriyada radikal dini terrorçulara qarşı mübarizəni gücləndirməkdir"-deyə bildirən iranlı güc naziri bunu İranın milli təhlükəsizlik şurasının Rusiya ilə strateji əməkdaşlığı çərçivəsində etdiklərini deyib.
Xatırladaq ki, Rusiyanın Tu-22 bombardmançı təyyarələri, eləcə də Su-34 qırıcıları "Həmədan" aerodromundan havalanaraq Suriyada terrorçulara məxsus hərbi ambarları, komanda mərkəzlərini, texnika və canlı qüvvələrini məhv edir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB