Prezident hərbi qulluqçulara ali hərbi rütbələr verib

Prezident hərbi qulluqçulara ali hərbi rütbələr verib

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

"general-leytenant" ali hərbi rütbəsi:

general-mayor İsmayıl Bayram oğlu Əkbərova

general-mayor İlham İsmayıl oğlu Mehdiyevə

"general-mayor" ali hərbi rütbəsi:

polkovnik Elşən Ələkbər oğlu Verdiyevə.

Bütün xəbərlər Facebook səhifəmizdə