Ermənistan XİN-dən Türkiyə açıqlaması

Ermənistan XİN-dən Türkiyə açıqlaması

Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak eə biləcəyinə dair açıqlamaya münasibət bildirib. SİA-nın "news.am"a istinadən verdiyi məlumata görə, mətbuat katibi deyib ki, Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həllində edə biləcəyi heç nə yoxdur.

"Biz əvvəlki tək öz fikrimizdə qalırıq ki, Türkiyə bu məsələdə heç nə edə bilməz. Türkiyənin verə biləcəyi yeganə fayda həll prosesindən mümkün qədər uzaqda dayanmasıdır".

Qeyd edək ki, xarici işlər naziri Mövlud Çavuşoğlu daha əvvəl bildirib ki, ölkəsi Qarabağ münaqişənin həllinə töhfə verməyə hazırdır və bu məsələ Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatında müakirə oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə