Referendumda “HƏ” dedilər 20-Cİ DƏFƏ

Referendumda “HƏ” dedilər 20-Cİ DƏFƏ

Tailandda yeni konstitusiya layihəsinin qəbulu ilə bağlı referendum keçirilib və xalqın böyük hissəsi irəli sürülən dəyişikliklərə "hə" deyib. SİA xəbər verir ki, bu barədə İtar Tass yazır. Bilirilir ki, keçirilən referendum Tailandda sayca 20-cidir. Belə ki, ölkənin mərkəzi seçki komissiyasının bildirdiyinə görə, bülletenlərin 94%-nin yoxlanılmasından sonra qanun layihəsini 61,4% seçici dəstəkləyib. 38,6% seçici isə yeni qanun layihəsinə dəstək göstərməyib. Ümumilikdə, seçicilərin 55%-i seçki məntəqələrinə gedib.

Yeni konstitusiyaya görə, Tailandda növbəti parlament seçkiləri cari ilin ikinci yarısında keçiriləcək. Referendumun uğurla başa çatmasından sonra hökumət bürokratik məsələlərin həll olunması və yeni konstitusiyanın qüvvəyə minməsi üçün bir neçə ay vaxt istəyib.

Referendumda vətəndaşların mövqelərini öyrənilməsi istiqamətində əlavə suallar da yer alıb. Sual olunub ki, onlar beşillik keçid dövründə baş nazirin parlamentin yuxarı və aşağı palatasının deputatları ilə birgə seçilməsi təklifini necə qiymətləndirirlər. Belə ki, daha öncə baş nazir yalnız aşağı palatada seçilirdi. Yeni təklifə 58% seçici dəstək göstərib.

Milli polis güclərinin bildirdiyinə görə, referendum zamanı ciddi qanun pozuntuları qeydə alınmayıb. 21 nəfər şəxs bülletenlərin korlanmasına görə saxlanılıb. Onlardan yalnız 1 nəfərinin siyasi məqsəd güddüyü müəyyənləşib. Seçicilərin bəziləri isə bülletenin iki rəngə ayrılmasına görə, seçim etdikdən sonra onun iki yerə parçalayaraq urnaya atılmasını sanıblar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə