İvan Masoyan: “İnsanlarda yaşamaq üçün pul yoxdur, ona görə də onlar az yeməyə başlayıblar”
Son 6 ayın rəsmi statistik məlumatlara görə, Ermənistanda unun istehsalı 16,7% aşağı düşüb. SİA xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti yazır. "Manşo Qrup" şirkətinin baş direktoru İvan Masoyan bunu belə izah edib: "Mən kifayət qədər kəmərləri sıxmışam. İnsanlarda yaşamaq üçün pul yoxdur, ona görə də onlar az yeməyə başlayıblar. Bu, həqiqətən də belədir. Una olan tələbat kifayət qədər aşağı düşüb. Ötən illə müqayisədə isə una olan tələbat 30% enib. Una olan tələbatın azalmasına başqa səbəblər yoxdur. Belə ki, çörək bu gün bir nömrəli qida mənbəyidir".
Qəzet qeyd edir ki, ölkə əhalisinin bir hissəsi mühacirət edir, bir hissəsi isə aclıq çəkir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB