Erməni mediası yenidən həyayacn təbili çalmağa başlayıb. SİA "Joxovurd" qəzetinə istinadən xəbər verir ki, cari ilin 1 iyul tarixinə görə, ölkə əhalisinin sayı 2 milyon 995 mindir: "Qeyd edək ki, bu ilin son 6 ayında Ermənistanda davamlı şəkildə yaşayan insanların sayı 3 500 nəfər azalıb. Halbuki, göstərilən rəqəmə ölkədən mühacirət edənlərin sayı əlavə edilməyib. Daimi yaşayan əhalinin sayı demək olar ki, çox azdır və oraya Ermənistanda olanlarla yanaşı, xarici ölkədə yaşayanlar da əlavə olunub".
"Yeri gəlmişkən, son bir ildə, yəni 2015-ci ilin 1 iyul tarixindən etibarən Ermənistanda daimi yaşayanların sayı 10 400 nəfərədək azalıb"-deyə "Joxovurd" yazır.
Qəzet Ermənistanın Milli statistika xidmətinə istinad edərək yazır ki, cari ilin ilk 6 ayında Ermənistanı qayıtmamamaq şərti ilə 91 min 904 nəfər insan tərk edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB