Nikolay Tsaturyan: “Ermənistanda insanların istəkləri soruşulmur”

Nikolay Tsaturyan: “Ermənistanda insanların istəkləri soruşulmur”

"Ermənistan rəhbərliyi xalqı maraqlandıran heç bir məsələ ilə bağlı çıxış etmir". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə rejissor Nikolay Tsaturyan açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi nəinki canlı heç efir vasitəsilə belə insanların suallarını cavablandırmağa və onlardan nə istədiklərini soruşmağa cəhd etmir: "İnsanlardan soruşulmalıdır ki, siz nə istəyirsiniz? Qoy insanlar da öz sözlərini desin, istəklərini bildirsinlər. Yoxsa insanların əvəzinə nəyisə həll etmək lazım deyil. Amma təəssüf ki, Sarkisyan buna getmir".

Bütün xəbərlər Facebook səhifəmizdə