Rövşən Rzayev: “Danışıqlar prosesində irəliyə doğru addımlar atılır” AÇIQLAMA

Rövşən Rzayev: “Danışıqlar prosesində irəliyə doğru addımlar atılır” AÇIQLAMA

"Ümumiyyətlə son dövrlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi intensiv xarakter alıb. Azərbaycanın sülhsevər mövqeyi artıq danışıqlar prosesini o həddə çatdırıb ki, işğalçı dövlətin bugünki durumu məcburən sülh yolu ilə Azərbaycan ərazisinin silahlı qüvvələrindən təmizlənməsi etapını gətirib çatdırıb. Allah qoysa, bu il avqust danışıqlarının nəticəsində də Azərbaycan ərazi bütövlüyü təmin olunacaq". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.

Deputatın sözlərinə görə, danışıqlar nə qədər tez intensiv olsa, bir o qədər problemin həllinə nail olacayıq: "Azərbaycan Prezidenti İlham Əliyev də hər zaman söylədiyi kimi danışıqlar danışıqlar olmayacaq. Ortada ciddi məqamlar olmasa, işğalçı dövlət konstruktiv mövqe göstərməsə danışıqların əhəmiyyəti itəcək. Ona görə də görünür ki, danışıqlar prosesində artıq irəliyə doğru addımlar atılır. Təbii ki, prezidentlərin görüşməsinin ehtiyacı da yaranır. Ona görə də bu cür görüşlərin davam etməsi sülhsevər Azərbaycanın marağındadır. Danışıqlar prosesini aparan ölkə rəhbəri cənab İlham Əliyevdir. Bu prosesdə ölkə başçısı ilə xalqın istəyi eynidir. Biz gözləyirik ki, yaxın zamanlarda bu problem öz həllini tapacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə