"Ermənistan prezidenti Serj Sarkisyan istefaya getməlidir". SİA-nın xəbərinə görə, bu fikirləri erməni deputat Nikol Paşinyan çıxışı zamanı deyib.
"Sasna tsrer" qruplaşmasının fəaliyyətindən söz açan millət vəkili vurğulayıb ki, bu qruplaşma fəaliyyətinin ilk günündən sübut etməyə çalışır ki, Ermənistanda etiraz edən insanlar terrorist deyil, onlar ölkədəki gərgin vəziyyətdən, saxta seçkilərdən, çiçəklənən korrupsiyadan və hakimiyyətin baş verənlərə qarşı fəaliyyətsizliyindən beziblər. Onun sözlərinə görə, hakimiyyət 20 ildir ki, xalqı talayır.
"Bu insanlar erməni xalqını canlandırmağa çalışır.Hazırkı vəziyyətdə bizə iki yol təklif olunur. Sarkisyan deyir ki, "Sasna tsrer" qruplaşması silahını yerə qoyub hakimiyyətə təslim olmalı, "Sasna tsrer" qruplaşması isə bildirir ki, Sarkisyan dərhal istefa verməlidir. Mən də deyirəm ki, Sarkisyan hakimiyyətdən getməlidir. Mənə elə gəlir ki, Sarkisyan mayın 17-də Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdükdən sonra istefasını vermişdi. Çünki görüşdən sonra təyyarədə 800 hektardan çox torpaqların itirilməsindən bəhs edən Sarkisyan bildirmişdi ki əgər kim bu vəziyyətə qane olmursa, gedib torpaqları geri qaytarsın. Bu cür bəyanatı yalnız zəif insan deyə bilər və o, artıq ölkəmizin ali baş komandanı deyil. Bir siyasətçi kimi deyə bilərəm ki, Sarkisyanın hakimiyyətdən kənarlaşdırılması məsələsi hər zaman olduğu kimi indi də əsas prioritetdir. Lakin bunun müddətini erməni xalqı müəyyən edə bilər. Ölkə Konstitusiyasına görə xalq hakimiyyəti devirmək imkanına malikdir"- deyə, Nikol Paşinyan qeyd edib.
Paşinyan əmindir ki, "Sasna tsrer" qruplaşması insanların Sarkisyanın nə zaman hakimiyyətdən getməsi zamanını müəyyənləşdirməsi üçün əlverişli şərait yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB