15 avqust gecəsində yaşanan qiyam zamanı Türkiyənin Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Hüseyin Avni Karslıoğlu helikopterdən kütləyə açılan atəş nəticəsində güllə yarası alıb. SİA xəbər verir ki, bu barədə "Hürriyyət" nəşri yazır. Nəşrin yazdığına görə, Hüseyin Avni Karslıoğlu ayağından yaralanıb və əməliyyat olunub. Yarası ciddi olmadığına görə, evinə ambulator müalicəyə göndərilib.
Qeyd olunur ki, son illər Türkiyənin Almaniyadakı səfiri vəzifəsində çalışmış Hüseyin Avni Karslıoğlu Ankaraya geri çağırılmışdı. Belə ki, Almaniya Fderal Məclisi iyunun 2-də 1915-ci il hadisələrini "soyqırımı" olaraq qəbul etdikdən sonra Karslıoğlu Türkiyəyə geri çağırılmışdı.
Hüseyin Avni Karslıoğlu 15 noyabr 1956-cı ildə Yozqatda dünyaya gəlib. Ankara Cümhuriyyət Litseyi və Ankara Universitetinin siyasi bilgilər fakültəsinin beynəlxalq əlaqələr bölümünü bitirdikdən sonra 1982-ci ildə Xarici İşlər Nazirliyində işləyib. 1982-ci ildə İstihbarat və Araşdırma Dairəsində məmur olub, 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı daimi təmsilçiliyində işləyib, 1998-ci ildə Oslo səfirliyində müştərək olaraq işləyib və 2001-ci ildə Batum Baş Konsuluğu vəzifəsinə qədər yüksəlib. Evlidir və iki övladı var. Alman və ingilis dillərini bilir. Daha sonra o, Türkiyənin Azərbaycandakı səfiri təyin olunub. Bunun ardınca isə Berlinə səfir təyin edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB