Aprelin 2-də cəbhə xəttindəki döyüşlərdə ağır yaralanaraq həmin zamandan komada olan, əslən Şəkinin kəndindən olsa da ailəsi ilə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən hərbi qulluqçu, tankçı Rahim Qara oğlu Tağıyev dünyasını dəyişdib. SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə özünün "facebook" səhifəsində məlumat paylaşıb.
Deputatın sözlərinə görə, ailəsinin istəyi ilə Rahim Tağıyev bu gün Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediləcək.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB