Politoloq: “Rusiya və Türkiyənin barışması Ermənistana matəm gətirdi” SƏS TV
"Rusiya və Türkiyənin barışması Ermənistana matəm gətirdi. Hazırda rəsmi İrəvan matəm içərisindədir". SİA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Mərkəz sədrinin sözlərinə görə, Türkiyə və Rusiyanın barışıq əldə etməsində Azərbaycanın hədsiz rolu olub: "ABŞ, Avropa İttifaqı 2 dövləti barışdırmaq üçün təşəbbüslər irəli sürdü. Lakin ən işlək təklif Azərbaycan və Qazaxıstandan gəldi. Azərbaycanın təklifləri Türkiyə və Rusiyanın mentalitetinə uyğun təkliflər oldu. Burada müstəsna rol Azərbaycan prezidentindədir. Bu Azərbaycan xalqının uğurudur. Bu gün uğurumuzun fundamenti Rusiya-Türkiyə münasibətlərinin bərpa edilməsidir. Çalışaq ki, Rusiya-Türkiyə prezidentlərinin növbəti barışıq görüşü Bakıda keçirilsin".
M.Əhmədoğlu əlavə edib ki, Rusiya və Türkiyənin barışması Ermənistana matəm gətirdi və rəsmi İrəvan matəm içərisindədir: "Bu bizi zərrə qədər aldatmamalıdır. Ermənistan öz təxribatlarını davam etdirir. Ermənistan prezidenti Serj Sarkisyan üçün Sankt-Peterburq görüşünün əhəmiyyəti yoxdur. O mağara millətçisidir. Onun nəsli Azərbaycan bəyinin nökəri olub. Sarkisyanın daxilində məsuliyyət yoxdur ki, erməni xalqını düşünsün".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB