Azərbaycan səfiri Cenevrə şəhərinin meri ilə görüşüb

Azərbaycan səfiri Cenevrə şəhərinin meri ilə görüşüb

Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov ilə Cenevrə şəhərinin meri Guillaume Barazzone arasında görüş keçirilib.

Daimi nümayəndəliyin məlumatına görə, görüşdə V.Sadıqov Cenevrə şəhərinin merinə Azərbaycan ilə İsveçrə arasında əlaqələr barədə məlumat verib. Səfir ölkələrimiz arasında siyasi əlaqələrin inkişaf etdiyini vurğulayıb. Cenevrə şəhəri ilə iqtisadi və mədəni sahədə əməkdaşlıq imkanlarına, bu şəhərdə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə müxtəlif tədbirlərin keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Mer G.Barazzone görüşə görə daimi nümayəndə V.Sadıqova təşəkkür edib, Azərbaycan ilə əlaqələrin inkişafından məmnunluğunu bildirib. O, bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə və daha da güclənəcəyinə əmin olduğunu vurğulayıb.

Sonda tərəflər ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə