Erməni mediası yenə Əli Kərimlidən sitat gətirir

"İctimaiyyət avantüraçı, satqın və milli xəyanətkar Əli Kərimlinin həbs olunmasını tələb etməlidir!"
Erməni mediası yenə Əli Kərimlidən sitat gətirir

Bu günlərdə Ermənistanda fəaliyyət göstərən "ru.1in.am" saytı yenidən AXCP sədri Əli Kərimlinin çıxışından sitat gətirərək manşet yazısı verməsinə sakit dayanmaq mümkünsüzdür. Yazının başlığı belədir: "Milyard dollarlar israf etmiş ordu bu qədər itki verməməliydi - Azərbaycan müxalifəti".

Xəbərdə bildirilir ki, Azərbaycanın əsas müxalifət partiyası olan AXCP-nin lideri Əli Kərimli guya silahlanmaya on milyardlarla dollar pul sərf etmiş ordunun bu qədər, 100 nəfərə yaxın itki verməməli olduğunu deyib. Erməni saytı, həmçinin bu sözlərin "Azadlıq" qəzetində yazıldığını qeyd edib.

Sayt yazır: "Əli Kərimli itkiləri əks etdirən gerçək rəqəmlərin xalqdan gizlədilməsindən narazılığını bildirib və qeyd edib ki, onlar bu rəqəmləri sosial şəbəkələrdən və jurnalistlərdən dəqiqləşdirməyə məcburdurlar". Bu yerdə: "Yalansa, lap sənin ...

Bu Əli Kərimlinin üzüdür, özüdü sürtülmüş. Çünki AXCP sədrinin bütün fəaliyyəti boyu irəli sürdüyü iddialar ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi informasiya müharibəsinin başlıca istiqamətləri ilə tam şəkildə üst-üstə düşür. Artıq bu bir aksiomaya çevrilib. Çünki uzun müddətdir ki, AXCP adlı pərdələnmiş təşkilat başda olmaqla, "Azadlıq" qəzeti, eləcə də sosial şəbəkələrdə fəaliyyət göstərən məlum qrup Əli Kərimlinin sifarişlərinə uyğun olaraq ölkə və xalq üçün hər an, hər dəqiqə ən taleyüklü məqamlarda belə düşmənin informasiya təxribatlarına bəhanə, stimul və dəstək verirlər və düşməndə bundan yararlanır.

Ancaq Əli Kərimli və onunətrafında məlum qrup bilməlidir ki, beynəlxalq ictimaiyyət münaqişənin yenidən alovlanması səbəblərinə obyektiv yanaşıb, ölkəmizin davamlı xarakter daşıyan erməni təxribatlarına cavab hüququnu tanıyıb və dəstək verib. Və Azərbaycanın şanlı və rəşadətli Silahlı Qüvvələri işğalçı, təcüvüzkar Ermənistan ordusuna sarsıdıcı zərbə vurub və bundan sonra da Ali Baş Komandan tərəfindən qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirəcək.

Ancaq AXCP sədrinin bu kimi əhəmiyyətli, olduqca vacib faktorları təhlil edib, reallığı doğru şəkildə qiymətləndirmələri yerinə, Əli Kərimlinin tamamilə əks mövqedə dayanıb erməni dəyirmanına su tökməsi isə sadəcə millətə, xalqa, dövlətə xəyanət kimi adlandırıla bilər.

Ona görə də, nəhayət minlərlə Azərbaycan gəncinin qanına susamış əsl Vətən xaini, cani olan Əli kərimlinin ermənipərəst fəaliyyətinə son qoymağın vaxtı çoxdan çatıb. Çünki cəzasızlıq isə onun dövlətçilik maraqlarımız qarşısında daha da quduzlaşmasına səbəb olur. O, həbs olunmalı, layiqli cəzasını almalı, ən yaxşı halda isə ölkədən hüdudlarından çıxarılmalıdır. Belələrinə Azərbaycanda yer yoxdur!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə