“Joxovurd”: “Ermənistan hakimiyyəti kiçik və orta sahibkarlığın ləğv olunması siyasətini yürüdür” FAKT
Ermənistan əhalisinin alıcılıq qabiliyyəti 38 milyard drama (erməni pul vahidi) qədər enib. SİA xəbər verir ki, bu barədə ölkənin "Joxovurd" qəzeti yazır. "Son iki ildə və cari ilin ilk beş ayında Ermənistan əhalisinin alıcılıq qabiliyyəti 38 milyard 188 milyon drama qədər enib"-deyə, adıçəkilən nəşr qeyd edir.
Bildirilir ki, 2014-cü ilin yanvar-may aylarında Ermənistan əhalisi 2016-cı illə müqayisədə 38 milyard dram artıq xərcləyiblər. Beləliklə bəlli olur ki, əgər əhali maliyyə imkanlarına qənatə edirsə, demək xərclər də azalmağa başlayır.
Qəzet həmçinin yazır ki, son il yarında Ermənistana daxil olan transfertlər də 3 dəfəyə qədər enib və bu hal davam etməkdədir. "O cümlədən, Ermənistanın vergi kodeksi də sübut edir ki, Ermənistan hakimiyyəti kiçik və orta sahibkarlıqğın ləğv olunması siyasətini yürüdür"-deyə, "Joxovurd" yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB