"Bakı-Tbilisi-Ceyhan kəməri tikilməsəydi, enerji dəhlizi yaranmazdı". SİA-nın xəbərinə görə bunu Azərbaycan prezidenti İlham Əliyev 23-cü Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin açılışında deyib. Daha sonra Bakı-Tbilisi-Ərzurum dəhlizinin tikildiyini deyən dövlət başçısının sözlərinə görə, bu dəhliz üzrə hazırda nəqliyyat dəhlizi yaradılır, Şərq-Qərb dəhlizi reallaşır: "İnanıram ki, Şərq-Qərb nəqliyyat dəhlizi bu ilin sonuna qədər istifadəyə veriləcək. Tərəfdaşlıq mövcud reallığı yaradıb. Beynəlxalq əməkdaşlığın təşəbbüskarı biz olmuşuq. Bizə lazım idi ki, neft-qaz kəmərləri tikilsin, neft və qazımız dünya bazarlarına çıxsın. Tranzit, istehlakçı ölkələr də bunda maraqlıdırlar. İstehlakçı ölkələr alternativ mənbələrə çıxış əldə edəcək, tranzit ölkələr on illərlə gəlir əldə edəcəklər. Əgər 1990-cı illərdə üçtərəfli format yaranıbsa, bu gün bu format genişlənir. Artıq 7 ölkə Cənub Qaz Dəhlizinin üzvüdür. Balkan ölkələri ilə də müqavilələr imzalanıb. Azərbaycan qaz hasilatını artıracaq. Azəri-Çıraq-Günəşli yataqlar blokunun dərin laylarında da ciddi qaz ehtiyatları var. Biz daha geniş coğrafiyaya çıxmaq istəyirik. Azərbaycanın Cənub Qaz Dəhlizində liderlik rolu etiraf edilir. Məşvərət Şurasının yaradılması da böyük uğurdur. Biz bütün hədəflərə çatırıq. 2015-ci ildə TANAP layihəsinin, 2 ay əvvəl TAP layihəsinin təməli qoyuldu. Biz ardıcıl bütün hədəflərə çatırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB