Rusiyada 28 May - Respublika Günü qeyd olunub

Rusiyada 28 May - Respublika Günü qeyd olunub

Rusiya paytaxtında 28 May - Respublika Günü münasibətilə, Rusiya ali təhsil ocaqlarında təhsil alan fəal tələbələr tərəfindən, bayram tədbiri keçirilib. SİA-nın məlumatına görə, ədbir Azərbaycan və Rusiya himnlərinin səsləndirilməsi ilə açıq elan olunub. Mərasimdə fəal gənclərimizlə birgə tanınmış elm və incəsənət xadimləri iştrak ediblər.

Natiqlər çıxışlarında Respublika Günü münasibəti ilə toplaşanları və dünya azərbaycanlıları təbrik edərək, tezliklə işğal altında olan torpaqların azad olunmasını diləyib və bu yolda canlarını qurban verməyə hazır olduqlarını xüsusi olaraq qeyd ediblər. Həmçinin Qarabağ şəhidlərinə məxsusən də 4 günlük müharibədə şəhid olan əskərlərimizin ruhlarına Quran ayələri oxunmuş dualar ediblər.

Sonda toplaşanlar xatirə şəkili çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə