"Ermənistan regionda güclənməyənə qədər növbəti müharibə təhlükəsi qaçılmazdır". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun rəhbəri Stepan Safaryan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağda sakitlik müvəqqəti xarakter daşıyır: "Unutmamalıyıq ki, dünyanın güc mərkəzlərinin mövqeyi hər an dəyişər və hərbi əməliyyatlar yenidən aktivləşər. Ermənistan uzunmüddətli sabitliyi qorumaq üçün addımlar atmalıdır. Ermənistan ilk növbədə öz daxilindəki vəziyyəti möhkəmləndirməli və gücləndirməlidir. Güclüləri hər kəs bağışlayır və heç kim günahkar çıxarmır, amma hər kəs bizim üzərimizə hücum etdi. Ermənistanın daxili problemlərinin həll etməsi üçün o qədər də vaxtı yoxdur. Problemlər aradan qalxmayana qədər növbəti müharibə təhlükəsi qaçılmazdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB