Aparat rəhbəri: “Başqanlığa seçkilər saxtakarlıqla keçirilib” AÇIQLAMA
"Ümumiyyətlə Müsavat partiyasında başqanlığın dəyişməsi partiyanın daxilində çox ciddi böhranlar yaradıb. Digər bir tərəfdən bunun üzərindən xeyli vaxt keçməsinə baxmayaraq partiyada qruplaşmalar davam edir. Hətta orada olan əksəriyyət insanlar da o fikirdədir ki, başqanlığa seçkilər saxtakarlıqla keçirilib". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib.
Onun sözlərinə görə, partiyanın getdikcə zəifləməsi bu partiyaya başqan seçilmiş Arif Hacılını da narahat etməyə bilməz: "İndiyədək o eyfariya dövrü yaşayırdı. A.Hacılı və qruplaşması iddia edirdi ki, partiya rəhbərliyinə gəlməsi onun qarşısında çox böyükimkanlar açır. Amma xeyli müddət keçəndən sonra göründü ki, bu heç də belə deyil. Əksinə partiyanı idarə etmək olduqca böyük siyasi iradə, təcrübə və çoxsaylı biliklər tələb edir. Bu gün artıq demək olar ki, Müsavat partiyasının rəhbərliyi dalana dirənib. Arif Hacılının rəhbərlik etdiyi qrupda yalnız hakimiyyəti ələ almaq və öz iradəsini diqtə etmək ön plana çəkilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB