Ermənistanda müdafiə naziri Seyran Ohanyan ətrafında qalmaqallar böyükməkdə davam edir. SİA erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan parlamentinin deputatlarından kimsə Ohanyanın ifşa edib.
Qeyd edək ki, mayın 4-də Seyran Ohanyan parlamentin deputatları ilə bağlı qapı arxasında görüş keçirib və cəbhədəki vəziyyət barədə məlumatlar verib. Məhz bundan sonra bir sıra erməni KİV-ləri adı açıqlanmayan deputata istinad edərək məlumatları ictimailəşdiriblər. Bunun ardınca isə həmin məlumatların doğruluğunu təsdiq etmk üçün iclas əsnasında gedən prosesləri təsdiq edən audioyazını da ictimai rəyə təqdim ediblər.
Xüsusilə, deputat Karyun Naapetyan jurnalistlərlə söhbətində deyib ki, Ohanyan Naxçıvanda ağır texnikanın və artilleriya qurğularının yerləşdirilməsi barədə məlumat verib. Bundan əlavə, erməni güc naziri Azərbaycan Silahlı Qüvvələrinin öz güclərini cəbhə xətti boyu yerləşdirilməsini də bildirib. KİV-lər Ohanyanın səs yazısının məhz Naapetyan tərəfindən yazıldığını istisna etmirlər.
Baş verənlərdən sonra Ermənistanın müdafiə naziri də öz münasibətini açıqlayıb. "İnformasiyaları yayanlar bizimlə bir yolu addmlaya bilməz"-deyə, Seyran Ohanyan bildirib.
Erməni güc nazirini dəstəkləyən deputatlar da tapılıb. Belə ki, hakim Respublikaçılar partiyasının deputatı Baqram Baqdasaryanın fikrincə, bu baş verməməliydi: "Təəssüf ki, yalnız informasiya sızıntısı baş verməyib, hətta səs yazısı belə bağlı qapılar arasından çölə çıxıb və bu yolverilməzdir".
Baqdasaryanın fikrincə, məlumatı yayan deputatın məqsədi onun mətbuatla münasibətlərini yaxşı vəziyyətdə qoruyub-saxlamaq istəyi olub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB