Millət vəkili: “AKP-də kifayət qədər aparıcı siyasətçilər təmsil olunur” AÇIQLAMA
"Türkiyə Baş naziri Əhməd Davudoğlunun istefa verməsini rəsmi Ankaranın siyasətində hər hansı boşluğun yaranması kimi başa düşmürəm". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, AKP-də kifayət qədər aparıcı, ağıllı siyasətçilər təmsil olunur: "Kimin yeni baş nazir olacağına qabaqcadan proqnoz verməyi isə düzgün saymıram. Amma Türkiyə güclü ölkədir və düşünürəm ki, ayın sonunda keçiriləcək növbədən kənar seçkilərdə ən layiqlisini seçəcəklər".
Qeyd edək ki, ötən gün Türkiyənin baş naziri Əhməd Davudoğlu istefa verib. Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu mayın 5-də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.
O, heç bir zaman Türkiyənin mənafeyinə zidd addım atmadığını vurğulayıb: "Haqqınızı halal etməyinizi, konyalı seçicilərimin başlarını dik tutmalarını istəyirəm. Kiməsə kin saxlamamağınızı xahiş edirəm. AKP-ni dəstəkləməkdə davam edin. Könlünüzü qıran bir söz demişəmsə, haqqınızı halal edin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB