Vaqif Dərgahlı: "Azərbaycan hərbiçiləri arasında itki yoxdur"

Vaqif Dərgahlı: "Azərbaycan hərbiçiləri arasında itki yoxdur"

"Son üç gündə erməni silahlı bölmələri Azərbaycanın təmas xəttinə yaxın yaşayış məntəqələrini intensiv şəkildə atəşə tutub". SİA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, erməni silahlı bölmələri ağır artilleriyadan, haubitsa və qrad qurğularından istifadə edir: "Müdafiə naziri Zakir Həsənov əmr verib ki, düşmən tərəfdə yaşayış məntəqələrini deyil, hərbi obyektləri və atəş nöqtələri məhv edilsin. Son üç gündə mövqe döyüşləri nəticəsində Azərbaycan hərbiçiləri arasında itki yoxdur və heç bir zirehli texnika sıradan çıxmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə