"Problemin həllinə ərazi bütövlüyümüz çərçivəsində çalışırıq"

"Problemin həllinə ərazi bütövlüyümüz çərçivəsində çalışırıq"

"Belə bir mötəbər forumun Bakıda keçirilməsi məntiqi qərardır. Çünki Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi istiqamətdə hər bir şərait yaradılıb". SİA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Dini rəhbərlər və zorakı ekstremizim: önləyici tədbirlərlə bağlı çətinliklər" mövzusunda keçirilən panel iclasında deyib. A.Paşazadə bildirib ki, Azərbaycanda əsrlər boyu ayrı-ayrı dini inanclı insanlar sərbəst, sülh şəraitində yaşayıb, indi də belədir: "İslam adından siyasi məqsədlər üçün istifadə edilməyə cəhdlər edilir. Pakistanda, Türkiyədə və başqa ölkələrdə törədilən terror aktları bizi ciddi narahat edir. İslamafobiyanın qarşısının alınması üçün dövlət rəhbərlərinin gördüyü işlər təqdir olunmalıdır. Məlumdur ki, ermənilər Azərbaycan ərazilərini işğal edib, Azərbaycana məxsus ərazilərdə soyqırımlar törədilib, tarixi abidələrimiz dağıdılıb. Amma bütün bunlara baxmayaraq biz münaqişənin sülh yolla həll edilməsinə çalışırıq. Azərbaycanda daxili sabitlik güclü olduğundan bu istiqamətdə ciddi işlər aparılır. Sadəcə bu problemin həllinə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində çalışırıq". Onun sözlərinə görə, Azərbaycanda dini icmaların istəklərinə qayğı ilə yanaşılır: "Azərbaycan nadir ölkələrdəndir ki, burada İslam dininə məxsus ayrı-ayrı təriqətlərə məxsus insanlar birgə namaz qılırlar. Azərbaycan tolerant ölkədir, müxtəlif xalqların nümayəndələri burada sərbəst yaşayırlar. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə xeyli sayda məscid tikilib.Hazırda bu işlər davam etdirilməkdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə