Angela Merkel Türkiyəyə səfər edəcək

Angela Merkel Türkiyəyə səfər edəcək

Almaniya kansleri Angela Merkel və Avropa Şurasının rəsmiləri Türkiyəyə səfər edəcəklər. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, kansler Türkiyə-Suriya sərhədi yaxınlığında Qaziantəp şəhərində yerləşən qaçqın şəhərciyinə baş çəkəcək. Merkellə birgə Türkiyəyə Avropa Şurasının prezidenti Donald Tusk və vitse-prezidenti Frans Timmerman da səfər edəcəklər.

Məlumata görə, Almaniya hökumətinin başçısı Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşəcək və Avropa ölkələrinə axın edən miqrantların məsələsini müzakirə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə