Rusiya bütün dünyanı aldadıb

Rusiyanın bir qrup hərbi qüvvəsi hələ də Suriya ərazisindədir. SİA xəbər ve rir ki, bu sözləri NATO-nun baş katibi Cens Stoltenberq deyib.

Baş katib Türkiyənin xarici işlər naziri Mövlud Çavuçoğlu ilə Ankarada baş tutan görüşündən sonra ümumi mətbuat konfransında iştirak edib. Konfrans zamanı bölgədəki vəziyyəti şərh edən Stoltenberq bildirib ki, Rusiya Əsəd rejiminə dəstək olmaq üçün hələ də bu ölkədə öz hərbi qüvvələrini saxlayır.

Stoltenberq bu sözlərinə əlavə olaraq qeyd edib ki, 27 fevral tarixində Suriyada əldə edilən atəşkəs hər an pozula bilər: "Yenə də Suriyada atəşkəsin elan edilməsi böhran vəziyyətində olan bu ölkədə sülh danışıqları aparmağın ən yaxşı yoludur".

Bütün xəbərlər Facebook səhifəmizdə