Asim Mollazadə: “Ermənistanın siyasəti terror üzərində qurulub” AÇIQLAMA

"Ümumiyyətlə Ermənistanın Sərsəng Su Anbarını, Mingəçevir Su Anbarını partlatmaqla Azərbaycana hər zaman qorxu, vahimə yaratmaq istəyirlər". Bunu SİA-ya millət vəkili Asim Mollazadə ermənilərin sosial şəbəkələrdə "hədəfimiz Mingəçevir Su Anbarıdır" fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın apardığı siyasətin mahiyyəti də məhz terror üzərində qurulub: "Bu hər zaman hamıya bəlli olan beynəlxalq erməni terrorunun ənənələrini dövlət formasında davam etdirirlər. Ümumiyyətlə beynəlxalq ictimaiyyət, dünya, beynəlxalq təşkilatlar hamısı birləşərək bunun qarşısını almayana qədər erməni təxribatları davam edəcək".

A.Mollazadə əlavə edib ki, Ermənistan müstəqil dövlət kimi mövcud deyil: "Ermənilər indiki vəziyyəti saxlamaq üçün öz aqressivliyini bir az daha nümayiş etdirirlər. Ermənistanın xarici siyasətində heç bir dəyişiklik gözləmirəm. Çünki Ermənilər artıq başqa bir dövlətin hərbi bazası funksiyasını daşıyır və hər zaman olduğu kimi də bütün beynəlxalq tribunalarda yalan və iftiraları səsləndirməyə davam edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə