Aydın Quliyev: “Müxalifətin siyasi aktivliyinə sosial tələbat yoxdur” MÜNASİBƏT

"Ümumiyyətlə müxalifətin hər zaman bütün ölkələrdə, eləcə də Azərbaycanda da dövrdən asılı olmayaraq siyasi fəallığı ölkə daxilində ictimaiyyətin ona verdiyi dəstəyin dərəcəsindən asılı olur". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, əgər müxalifətin aktivliyinə sosial sifariş, tələb varsa, o zaman müxalifət həmişə siyasi əsassız nümayiş etdirərək bu məqamı tutur və aktivləşir: "Bu gün Azərbaycanda müxalifətin mütəşəkkil və siyasi aktivliyinə sosial tələbat yoxdur. Təbii ki, bunun da ciddi səbəbləri var. Səbəb odur ki, hakimiyyətin apardığı siyasət cəmiyyətin böyük hissəsi tərəfindən dəstəklənir və anlayışla qarşılanır. Cəmiyyət hakimiyyətin fəaliyyətinə alternativ olaraq müxalifət düşərgəsində bir alternativ qüvvə görmür. Məhz buna görə də ictimaiyyətdən siyasi dəstək olmadığına görə müxalifət də bu şəraitə uyğunlaşmağa məcburdur. Ona görə də onun fəaliyyətində aktivlik aşağı düşüb. Əgər müxalifətin fəallığına sosial tələbat olacaqsa, o zaman sosial tələbat öz işini görür və müxalifət aktivləşir. Proseslərin gedişi onu deməyə əsas verir ki, hələ uzun müddət də onlara sosial tələbat olmayacaq. Beynəlxalq institutlar da adətən ölkə daxilindəki həmin o sosial tələbata uyğun öz taktikalarını müəyyənləşdirirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə