Siyavuş Novruzov: “Əli Kərimli ağlı, düşüncəsi ilə hərəkət etmir” AÇIQLAMA

"Bu gün Əli Kərimli özünün ağlı, düşüncəsi ilə deyil, sadəcə ona verilən tapşırıqların yerinə yetirilməsi ilə məşğul olur. O hansı dairələrdən maliyyə dəstəyi alırsa, həmin dairələrin də tapşırığını yerinə yetirir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov AXCP sədri Əli Kərimlinin "Meydan TV"nin "Azərbaycan saatı" verlişində ölkəmizin imicinə kölgə salmasına münasibət bildirərkən deyib.

YAP İcra katibinin müavinin sözlərinə görə, həmin dairələr erməni lobbisidir, onların maliyyələşdirdiyi ayrı-ayrı qeyri-hökumət təşkilatlarıdır və onların nümayəndələridir: "Əli Kərimlinin onların vasitəsilə uzun müddətdir ki, Azərbaycanda ictimai-siyasi sabitliyi pozması, buna gücü çatmayanda isə Azərbaycan haqqında xarici mətbuata yalan informasiyalar yayması, o cümlədən erməni lobbisinin dəstəyi ilə yayımlanan "Azərbaycan saatı" verilişində mütəmadi çıxışlar etməsi, yalandan başqa-başqa yerlərdə xüsusi adamlar tutub müsahibə alması və bunu Azərbaycan adına təqdim etməsi onun təxribatçı hərəkətlərindən xəbər verir. Əli Kərimli və "Milli Şura"ya daxil olan bir neçə nəfər bu işlə uzun müddətdir ki, məşğul olurlar. Təbii ki, bunun da arxasında ancaq ermənilərin maliyyəsi durur".

Bütün xəbərlər Facebook səhifəmizdə