"İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammitində Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması və Dağlıq Qarabağ məsələsinin ədalətli şəkildə həlli üçün Təmas qrupunun yaradılması ən mühüm qərarlardan biri oldu". Bunu SİA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, belə bir qrupun yaradılması bütün islam dünyasının Dağlıq Qarabağ probleminə biganə olmadığının nümayişidir: "Əminəm ki, belə bur qrupun yaradılması bütövlükdə islam dünyasının diqqətini bir daha işğal olunmuş torpaqların həllinə yönəldəcək. Heç kimə sirr deyil ki, Ermənistan özünün hiyləgərliyinə və riyakarlğına uyğun olaraq müxtəlif ölkələrdə, eyni zamanda müsəlman ölkələrində Azərbaycana qarşı təbliğat, informasiya müharibəsini aparır, islam ölkələrinin cəbhəsini parçalamaqla onların Azərbaycanın yanında yer almasına imkan verməməyə çalışır. Bu baxımdan hesab edirəm ki, yeni yaradılan Təmas qrupu Ermənistanın diplomatik, onun beynəlxalq aləmdə, xüsusilə də BMT kimi mühüm bir təşkilatda işğalçı dövlət kimi ifşa edilməsi baxımınndan son dərəcə mühüm roy oynayacaq. Çünki təmas qrupunda yer alan 60-a yaxın ölkənin nümayəndəsi həm də BMT-də təmsil olunurlar".

F. Ağamalı qeyd edib ki, sözügedən qrupun yaradılmasını İslam Əməkdaşlıq Təşkilatının vaxtilə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qətnamənin məntiqi davamı kimi qiymətləndirmək olar:"Hesab edirəm ki, Təmas qrupu işlək bir qurum olacaq. Torpaqlar işğaldan azad edilənə qədər bu qurum Azərbaycanın dünyada təklənməsinə imkan verməyəcək. Əlavə güc, əlavə imkan deməkdir. Azərbaycan səsini bu qurumun vasitəsilə daha geniş şəkildə beynəlxalq aləmə çatdıra biləcək".
Millət vəkilinin fikirincə, əgər Ermənistan qeyri-konstruktiv mövqeyini, eləcə də işğalçılıq siyasətini davam etdirərsə, Təmas qrupu düşmən ölkəyə qarşı münasibətlərində ciddi korrektələr etməklə yanaşı, onlara təzyiq də edə bilər: "Qrupa daxil olan ölkələr ən yumşaq halda Ermənistana etiraz notaları təqdim edər, Ermənistana qarşı həm sanksiyalar tətbiq edər, həm də onlarla əlaqələrin məhdudlaşdırılması istiqamətində ciddi addımlar ata bilərlər. Əsas məqsəd Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB