Azərbaycanın silahları Ermənistanı qorxuya salıb

Düşmən ölkədə Rusiya əleyhinə etirazlar artır

Ermənistanda Rusiya əleyhinə etirazlar hər gün daha da artır. SİA-nın məlumatına görə, Ermənistanın panarmenian.net saytında yer alan xəbərdə qeyd olunur ki, bu gün də İrəvanda Rusiyaya qarşı etiraz aksiyası keçiriləcək. Aksiya yerli vaxtla saat 18:30-da başlayacaq. Saytın yaydığı məlumatda bildirilir ki, İrəvanın "Azadlıq" meydanında başlayacaq aksiya Rusiya səfirliyinin önündə başa çatacaq.

Etirazçılar Rusiyanın Azərbaycana silah satışını dayandırmasını tələb edirlər. Qeyd olunur ki, əgər tələbləri yerinə yetirilməsə, Ermənistan ictimaiyyəti tamamilə əmin olacaq ki, Rusiya onların tərəfdaşı deyil və Ermənistan tərəfdaşlıq öhdəlikləri ilə məhdudlaşmayacaq.

Sözügedən saytda yayımlanan yazıdan məlum olur ki, Ermənistan Azərbaycanın müasir və güclü silahlarının mövcudluğundan dəhşətli şəkildə qorxu içindədir. Cəbhədə qısa müddətdə davam edən müharibə zamanı Azərbaycan bütün güclü silahlarını işə salmasa da, Silahlı Qüvvələrimizin istifadə etdiyi hərbi texnikanın gücünü görən Ermənistan mövcud digər silahların təsirinin necə ola biləcəyini təsəvvür belə etmək istəmir.

Qeyd edək ki, Rusiyanın Baş nazirinin müavini Dmitri Roqozin bir neçə gün öncə ölkəmizə səfəri zamanı, Ermənistanın təkidlərinə baxmayaraq, Azərbaycana silah satışının davam etdiriləcəyini, bütün prosesin mövcud müqavilələlərə uyğun aparılacağını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...