David Babayan: “Heç nə ideal deyildi” ETİRAF

David Babayan: “Heç nə ideal deyildi” ETİRAF

"Əlbəttə hər şey ideal deyildi və biz bütün bunlardan nəticə çıxarmalıyıq". SİA xəbər verir ki, qondarma "dqr" rəhbərliyinin "mətbuat katibi" David Babayanın dörd günlük hərbi əməliyyatlardan sonra erməni tərəfinin fəaliyyətini dəyərləndirdiyi fikirlərini "Aravo.am" saytı yayıb.

Babayan hesab edir ki, cəbhədə baş verən hadisələrdən nəticə çıxarmalıdrlar: "Bütün bunlardan özümüz üçün nəticələr çıxarmaqdayıq. Ona görə də erməni ictimaiyyətinin bəzi nümayəndələrinin məğlubiyyətin səbəbləri ətrafında "dahiyanə" bəyanatlar verməsinə ehtiyac yoxdur".

Qeyd edək ki, Ermənistanın bir sıra hüquq müdafiə təşkilatları, əsgər anaları birliyi və s. qurumlar ölkə rəhbərliyini, o cümlədən "dqr"-i məğlub olduğunu etiraf etməyə səsləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə