Yüzlərlə erməni Qarabağı TƏRK EDİR

Yüzlərlə erməni Qarabağı TƏRK EDİR

Dağlıq Qarabağda məskunlaşmış yüzlərlə erməni indi həmin əraziləri tərk edir. Buna səbəb bölgədə vəziyyətin gərginləşməsidir. SİA xəbər verir ki, bu barədə jurnalistlərə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik təşkilatın Cenevrədə bazalaşmış qaçqınların işi üzrə ali komitənin məlumatına əsasən deyib.

Komitə bildirir ki, Dağlıq Qarabağda bir neçə gün öncə baş vermiş hərbi əməliyyatlar nəticəsində orada məskunlaşmış insanlar yaşadıqları evlərini tərk edirlər.

Dyujarrik əlavə edib ki, kəndləri tərk edənlərin əksəriyyəti regionun şimal-şərq hissəsindəndirlər. BMT-nin adıçəkilən qurumundan o da bildirilir ki, onlar insanlarla bilavasitə təmasda ola bilmirlər və erməni tərəfi buna mane olur. Əldə edilən məlumatlara görə, son 20 ildə onlar dəfələrlə yaşadıqları əraziləri tərk etmək istəyiblər. "Qaçqınların işi üzrə ali komitənin digər məlumatında isə bildirilir ki, evlərini tərk edərək, daha təhlükəsiz yerlərə getmək istəyən insalara həbrçilər (separatçı "dqr" və Ermənistan-İ.M.) tərəfindən əngəllər yaradılır.

Bütün xəbərlər Facebook səhifəmizdə