Gənclər Əli Kərimliyə ETİRAZ ETDİ - VİDEO

Bu gün bir qrup gənc tərəfindən AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiya keçirilib. SİA-nın məlumatına görə, aksiya iştirakçıları AXCP sədri Əli Kərimlinin sosial şəbəkədə yaydığı anti-azərbaycan fikirlərinə etiraz ediblər. Aksiya iştirakçıları AXCP sədrinin Azərbaycan ordusu haqqında yazdığı fikirlərin əleyhinə müxtəlif şüarlar səsləndiriblər.

Gənclər aksiyada "Ya Qarabağ, ya ölüm!", "Əli Kərimli Azərbaycan üçün qara ləkədir", "Rədd ol Azərbaycandan!", "Xaos yaratmağına imkan verməyəcəyik", "Gəncləri uçuruma sürükləmə!", "Bizə birlik lazımdır, xalqı qarşıdurmaya səsləmə", "Vətən xaini, Əli Kərimli", "Əli Kərimli şərəfsizlik simvoludur" kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli sosial şəbəkələrdə və özünün birbaşa nəzarətində olan, daha dəqiq desək özünün faktiki olaraq redaktorluğu ilə dərc olunan qəzetlərdə Azərbaycan Ordusunun son günlər Ermənistan ordusuna qarşı keçirdiyi cavab tədbirlərinə kölgə salmaq, haqlı olduğumuz yerdə bizi haqsız çıxarmaq, ölkə gəncləri arasında vətənpərvərlik ruhunun artmasından əndişələnmək və bu kimi anti-Azərbaycan mövqeli fikirlər səsləndirib, eyni zamanda məqalələr dərc edib. AXCP sədrinin bu addımı haqlı olaraq gənclər arasında geniş etiraza səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə