Azərbaycan-Rusiya görüşü geniş tərkibdə

Azərbaycan Prezidenti İlham Əliyev və Bakıya rəsmi səfərə gələn Rusiyanın baş naziri Dmitrii Medvedev arasında təkbətək görüşdən sonra geniş tərkibdə görüş başlayıb. SİA-nın xəbərinə görə, görüş zamanı Prezident İlham Əliyev Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərginliyin aradan qaldırılması istiqamətində aktiv vasitəçi səylərinə görə bir daha təşəkkür edib.

Dövlət başçısı bildirib ki, təkbətək görüşdə iki ölkə arasında iqtisadi və ticari əlaqələr geniş müzakirə olunub.

Ölkə başçısı iki ölkə arasında münasibətlərdə yaxşı dinamika olduğunu vurğulayıb: "Münasibətlərimizin inkişafında yaxşı dinamika var. İki ölkə arasında ticarət dövriyyəsi obyektiv səbəbdən bir qədər aşağı düşüb. Nəqliyyat, energetika sahəsində çox böyük imkanlar var. Humnaitar sahədə də böyük imkanlar və nəticələr var. Biz görşdə iqtisadi və ticari əlaqələri, siyasi münasibətləri geniş müzakirə edəcəyik".

Rusiyanın baş naziri Dmitri Medvedev təkbətək görüşdə regional məsələlərə də toxunulduğunu dilə gətirib: "Ölkələrimiz arasında strateji tərəfdaşlıq mövcuddur. İqtsadi əlaqələrin daha da inkişaf etdirilməsi mümkündür. Keçən il ticarət dövriyyəsi müəyyən qədər azalıb, bu, ölkələrin ixrac etdiyi məhsulların qiyməti ilə əlaqədar olub. Bir çox layihələri həyata keçirmək olar. Humnaitar məsələləri də müzakirə edəcəyik".

Daha sonra görüş mətbuat nümayəndələrinin iştirakı olmadan davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə