XİN rəhbərləri Dağlıq Qarabağı müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransanın xarici işlər naziri Jan-Mark Eyro ilə telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında Dağlıq Qarabağdakı son durum barədə fikir mübadiləsi aparıblar. ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq Fransa və Rusiya vəziyyətin mümkün qədər tez normallaşması üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə