Nəsimi Paşayev: "Həzi Aslanov" stansiyasında eskalatorun təmiri başa çatıb"
"Həzi Aslanov" stansiyasında eskalatorun təmiri başa çatıb. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin SİA-ya verdiyi məlumata görə, stansiyasının 2-ci vestibülündə yerləşən 1 saylı eskalator bu gündən etibarən sərnişinlərin istifadəsindədir.
Qeyd edək ki, adıçəkilən eskalator 11 mart tarixində təmirə dayandırılmışdı. Buna səbəb stansiyanın 2-ci vestibülündə yerləşən 1 saylı eskalatora baxış zamanı dartı ulduzcuğunda lüft yarandığı müşahidə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB