Vüqar Zifəroğlu: “Əməliyyatların davam etirilməsi sosial sifarişdir” MÜNASİBƏT

"Azərbaycan Milli Ordusu erməni təxribatlarının qarşısını müvəffəqiyyətlə alır və təqdim edilən informasiyalardan da göründüyü kimi düşmən ağır itkilər verərək bir sıra strateji məntəqələri tərk etmək məcburiyyətində qalıb. Düşünürəm ki, əməliyyatların davam etdirilməsi və torpaqlarımızın işğaldan azad edilməsi sosial sifarişdir". Bu gün Azərbaycanın hər yerində hökm sürən yüksək əhval-ruhiyyə, milli birlik dediyimizi sübut edir". Bu fikirləri SİA-ya "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, fəlsəfə doktoru Vüqar Zifəroğlu cəbhədə baş verən hadisələrə münasibət bildirərkən deyib.

O bildirib ki, kənar dövlətlərin hərbi müdaxiləsinin olacağı inandırıcı deyil: "Olacağı təqdirdə dönüşü mümkün olmayan kəskin proseslər başlana bilər. Bu isə Azərbaycan-Ermənistan konflikti deyil, beynəlxalq qarşıdurma xarakteri ala bilər. Mən inanmıram ki, Türkiyə faktorunun nə dərəcədə ciddi olduğundan xəbərdar olan və son proseslər zamanı Qərbin də nümayiş etdiridiyi obyektiv münasibət səbəbilə başqa bir ölkə belə riskə getsin".

Vüqar Zifəroğlu qeyd edib ki, hazırkı situasiyada kənar siyasi müdaxilələrin şahidi oluruq: "Aprelin 2-dən başlayaraq verilən bəyanatlar, eləcə də bəzi ölkələrin media qurumları tərəfindən Azərbaycana qarşı aparılan iyrənc və birtərəfli təbliğat bunun ən bariz nümunəsidir. Lakin bu müdaxilə ilə heç nəyə nail olmayacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...