Tural Abbaslıdan Tofiq Yaqublunun təşəbbüsünə MÜNASİBƏT

Tural Abbaslıdan Tofiq Yaqublunun təşəbbüsünə MÜNASİBƏT

"Mən Arif Hacılı və onun fəaliyyəti ilə maraqlanmıram amma onu deyə bilərəm ki, Tofiq Yaqublunun səmimi niyyətlərlə irəli sürdüyü bu təşəbbüs nə Müsavat, nə də AXCP tərəfindən birmənalı qarşılanmayacaq". Bu fikirləri SİA-ya Müsavatın keçmiş Divan üzvü, "Ağ Blok"un təsisçisi Tural Abbaslı həbsdən çıxan Müsavat başqanının müavini Tofiq Yaqublunun Müsavatla AXCP arasında münasibətlərin normallaşdırılması təşəbbüsünə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Müsavat daxilindəki Arif Hacılı qruplaşması artıq Tofiq Yaqubluya qarşı kəskin mövqe sərgiləməyə başlayıb: "Müşahidələrimə əsasən deyə bilərəm ki, bu sərt mövqe artan yöndə davam edəcək. Cəbhədə də Tofiq Yaqublunun fikirlərini dəstəkləyən insanlar mövcuddur, ancaq Müsavatın Qurultayından sonra AXCP-nin sərgilədiyi siyasət deməyə tam əsas verir ki, onlar da belə bir müttəfiqliyin qəti tərəfdarı deyillər.Yəni, ayrılıqda məğlubiyyətə belə razıdırlar nəinki birlikdə nəyəsə nail olmağa".

"Düşünürəm ki, Müsavat rəhbərliyində bu təşəbbüsündə indiki halda 1-2 adamı çıxmaqla heç kim Tofiq Yaqubluya dəstək olmayacaq. Dəstək olanların da təsir imkanlarının səviyyəsi o dərəcədə güclü deyil.Yəni, bu məsələdə o təkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə