Bu gün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Dövlət orqanları ilə KİV arasında əməkdaşlığın genişləndirilməsi" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, habelə ölkədə fəaliyyət göstərən 20-dək aparıcı KİV-lərin rəhbərləri iştirak edib.
Tədbirdə öncə 31 mart Azərbaycanlıların Soyqırım günü ilə bağlı soyqrım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Qorxmaz Hüseynov bu görüşün baş tutmasının böyük əhəmiyyət daşıdığını, "Azərsu" ASC–nin gördüyü işlərin, içməli su təhcizatı ilə bağlı yaranmış problemlərin daim mediada işıqlandırıldığını söyləyib: "Bütün qurumlar kimi "Azərsu" ASC-nin də fəaliyyətinin ictimaiyyətə çatdırılmasında media başlıca rol oynayır. Eyni zamanda "Azərsu" ASC-nin xidmət göstərdiyi əhali ilə olan problemlərin bizim quruma çatdırılmasında rol oynayan da media nümayəndələridir".
Daha sonra KİVDF-nin icraçı direktoru Vüqar Səfərli çıxış edərək Fondun yaradılmasında məqsəd, çap mediaya dövlət dəstəyi və digər məsələlərdən söz açıb. Fondun fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verən V. Səfərli, daha sonra bu görüşün keçirilməsinin məqsədi barədə məlumat verib. Fond rəhbəri mərkəzi və yerli icra orqanları ilə KİVDF-nin birgə fərdi jurnalist yazıları müsabiqəsi təşkil etdiyini, "Azərsu" ASC ilə də bu ənənənin davam etdiriləcəyini söyləyib. Bu gün keçirilən tədbirdə də "Azərsu" ASC-nin KİVDF ilə birgə jurnalist yazıları müsabiqəsinin elan ediləcəyini söyləyib.
Daha sonra "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov qurumun ölkədə içməli su təhcizatının yaxşılaşdırılması istiqamətində görüdüyü işlərdən geniş söz açıb.
Konfransda Fondun media ilə dövlət qurumları arasında əməkdaşlığının daha da genişləndirilməsi istiqamətində həyata keçirdiyi layihələrdən, habelə "Azərsu" ASC-nin su təsərrüfatının inkişafı, bu sahədə infrastrukturun müasirləşdirilməsi sahələrində gerçəkləşdirdiyi tədbirlərdən ətraflı söhbət açılıb, habelə media rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə "Azərsu" ASC-nin KİVDF ilə birgə fərdi jurnalist yazıları müsabiqəsinin elan edilməsi barədə qərar qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB